"Qarabağ"dan geri addım

"Qarabağ"dan geri addım
Futbol
14 May 2018 - 15:46
Dünyanın ən güclü klublarının yeni reytinq siyahısı açıqlanıb.

Supersport.Az xəbər verir ki, "clubworldranking"in hazırladığı cədvəldə Azərbaycan klubları da yer alıb.

Altıqat ölkə çempionu "Qarabağ"ın son iki turda çempionatda məğlub olması gerilməsinə səbəb olub.

Hesabında 1169 xal olan Azərbaycan təmsilçisi 4 pillə düşərək 532-cidir.

Siyahıda digər üç klubumuz irəliləyib.

"Keşlə" (368 xal, +4) 722-ci, "Qəbələ" (255 xal, +5) 759-cu, "Zirə" (217 xal, +7) 787-cidir. Bu klublar müvafiq olaraq, 3, 11 və 9 pillə irəliləyib.

Cədvəldə ilk "üşlük"də dəyişiklik olmayıb: 1. "Real Madrid" (17148 xal), 2."Barselona" (16220 xal), 3."Qremio" (15288 xal).

Digər xəbərlər