Supersport.Az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərə klublarında çıxış edən türk futbolçularla görüşüb. Dövlət rəhbəri Məsut Özil (“Arsenal”), İlkay Gündoğan (“Mançester Siti”) və Cenk Tosunu (“Everton”) oteldə qəbul edib. Qapalı görüşdə prezidentə imzalı forma hədiyyə olunub.
