"Barselona" da məğlub edildi: 43 oyun sonra

"Barselona" da məğlub edildi: 43 oyun sonra
Futbol
14 May 2018 - 11:05
Supersport.Az-ın məlumatına görə, "Barselona" bu mövsüm La Liqada ilk məğlubiyyətini alıb. Kataloniya klubu 43 oyun uduzmurdu. "Barselona" 37-ci turda səfərdə "Levante" qarşısında aciz qalıb - 4:5. Bu qarşılaşmada Lionel Messi iştirak etməyib.

Baş məşqçi Ernesto Valverdenin komandası 27 qələbə qazanıb. 9 oyunda heç-heçə edib.

Mayın 20-də son turda "Barsa" "Real Sosyedad"ı qəbul edəcək.

Digər xəbərlər