"Qarabağ"dan tarix yazan futbolçu getdi

"Qarabağ"dan tarix yazan futbolçu getdi
Futbol
13 May 2018 - 14:22
"Qarabağ"dan ayrılan ilk futbolçunun adı məlum olub.

Supersport.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, cari mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan icarəyə götürülən Pedro Enrikeylə yollar ayrılıb. İcarə müddəti başa çatan futbolçuyla yeni müqavilə imzalanmayıb.
 Qeyd edək ki, Enrike "Qarabağ"ın heyətində çıxdığı 26 matçda 6 qola imza atıb. Braziliyalı futbolçu Ağdam klubunun Çempionlar Liqasının qrup turnirində ilk qolunu vurub.

Digər xəbərlər