"Qalatasaray" çempionluğun bir addımlığında

"Qalatasaray" çempionluğun bir addımlığında
Futbol
12 May 2018 - 22:08
Türkiyə Super Liqasında 33-ci turun oyunları keçirilir.


Supersport.Az xəbər verir ki, lider "Qalatasaray" evdə "Yeni Malatyaspor"u qəbul edib. Matça fəal başlayan "aslanlar" Rodrigesin 1-ci dəqiqədə 1:0 hesabı ilə önə keçib. Qoldan 11 dəqiqə sonra Rodrigesin ötürməsindən sonra Qomis 2-ci qolu qonaqların qapısından keçirib. Matçda bundan artıq qol olmayıb bununlada "cimbom"lular sona 1 tur qalmış çempionluq şansını daha da artırıb.

Qeyd edək ki, sona 1 tur qalmış Fatih Terimin komandası 72 xalla vahid liderdir. Ən yaxın izləyicisi "Başakşehir" 69 xalla ikinci , 1 oyun az keçirmiş "Fənərbağça" isə 66 xalla üçüncüdür.

Digər xəbərlər