Arda Turana şok cəza: hakimləri ölümlə hədələyib

Arda Turana şok cəza: hakimləri ölümlə hədələyib
Futbol
10 May 2018 - 19:29
Supersport.Az-ın məlumatına görə, Türkiyə superliqasında "Sivasspor"la oyunda hakimləri  hədələyən "Başakşehir"in üzvü Arda Turan futbolda nadir hallarda rast gəlinən cəza ilə üzləşib.

TFF-nin İntizam Komitəsi futbolçuya 16 oyun qadağa qoyub, 39 min lirə cərimə kəsib.

Arda, qarşılaşmada köməkçi referi Erdinç Sezertam və baş hakim Yaşar Kemal Uğurluya yumruq göstərib.

Hakimlərə "Şərəfsizlər" deyən futbolçunun "Hamınızı öldürmək lazımdır" dediyi bildirilir.

Digər xəbərlər