Zidan İnyesta ilə vidalaşdı

Zidan İnyesta ilə vidalaşdı
Futbol
07 May 2018 - 12:31
"Real"ın baş məşqçisi Zinəddin Zidan "Barselona"nın futbolçusu Andres İnyesta ilə vidalaşıb.

Supersport.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis "El-Klassiko"dan (2:2) sonra mövsümün sonu Kataloniya klubundan ayrılacaq A.İnyesta ilə sağollaşmaq üçün təxminən 5 dəqiqə tuneldə gözləyib. 33 yaşlı yarımmüdafiəçi soyunub-geyinmə otağından çıxdıqdan sonra Zidan onunla sağollaşıb və qucaqlaşıb.

Qeyd edək ki, İnyesta mövsümün sonu "Barsa"dan ayrılacağını açıqlayıb.

Digər xəbərlər