Cengiz vurdu, "Roma" qazandı - Video

Cengiz vurdu, "Roma" qazandı - Video
Futbol, Video
07 May 2018 - 09:00
Supersport.Az-ın məlumatına görə, İtaliya çempionatının 36-cı turunda "Kalyari" ilə səfər oyununda "Roma"ya türk futbolçu qələbə qazandırıb. Cengiz Ündər 15-ci dəqiqədə fərqlənib, 85-ci dəqiqədə yerini Şikə verib. "Roma" mövsümü ilk dörd yerdən birində başa vurmaq üçün böyük addım atıb.
Cengiz start heyətdə son oynadığı 8 matçda yüksək səviyyə nümayiş etdirib. Türk futbolçu 7 qol vurub, 1 effektli ötürmə verib.
Hazırda 73 xalı olan "Roma" 3-cü dür.

 

Digər xəbərlər