"Atletiko"nun baş məşqçisinə final ərəfəsində ağır cəza

"Atletiko"nun baş məşqçisinə final ərəfəsində ağır cəza
Maqazin, Futbol
05 May 2018 - 12:59
Supersport.Az-ın məlumatına görə, "Arsenal"ı mübarizədən kənarlaşdıraraq Avropa Liqasının finalına vəsiqə qazanan "Atletiko"nun baş məşqçisi Dieqo Simeoneyə sərt cəza verilib.

Argentinalı mütəxəssis ilk qarşılaşmada hakimin ünvanına xoşagəlməz sözlər bildirdiyi üçün tribunaya göndərilmişdi. UEFA baş məşqçini 4 oyunluq cəzalandırıb. Bundan əvvəl Simeone cavab oyununu tribunadan izləyib. Bu o deməkdir ki, mütəxəssis cəza müddəti 3 matçlıq qalıb. Səfərdə qollu bərabərliklə ayrılan İspaniya klubu evdə 1:0 hesabıyla qalib gəlib.

Qeyd edək ki, mayın 16-da keçiriləcək "Olimpik" - "Atletiko" finalını da Simeone tribunadan izləməli olacaq.

 

 

 

Digər xəbərlər