Karate millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

Karate millimizin Avropa çempionatı üçün heyəti açıqlandı
Karate, Digər
04 May 2018 - 18:10
9-14 may tarixlərində Serbiyanın Novi Sad şəhərində keçiriləcək karate üzrə 53-cü Avropa çempionatına yola düşəcək milli komandanın heyəti bəlli olub.

Supersport.Az-ın məlumatına görə, 17 idmançının qitə çempionatında iştiak etməsi məqbul sayılıb.

Fərdi yarışlarda Firdovsi Fərzəliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretskaya (-68 kq) və Fəridə Əliyeva (+68 kq) iştirak edəcək.

Komanda kumite yarışlarında Turqut Həsənov, Asiman Qurbanlı və Rafiz Həsənov da əsas heyətə qatılacaq. Qadınlar isə eyni heyətlə komanda çıxışlarında mübarizə aparacaq. Komanda kata yarışlarında Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevdən ibarət heyət tatamiyə çıxacaq.

Qeyd edək ki, Avropa çempionatına 52 ölkədən 532 idmançı qatılacaq. Beynəlxalq hakimlər Cahangir Babayevlə Vüqar Kərimov da yarışın hakimləri arasında olacaq.

Digər xəbərlər