Azərbaycan Ermənistanın kürəyini yerə vurdu - Foto

Azərbaycan Ermənistanın kürəyini yerə vurdu - Foto
Digər, Güləş, Foto
04 May 2018 - 19:24
Supersport.Az-ın məlumatına görə, Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında keçirilən Avropa çempionatına kişi sərbəst güləşçilərimiz uğurlu start verib.

Beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

57 kq-da mübarizə aparan Georgi Edişeraşvili ardıcıl olaraq Bolqarıstan və Ermənistan təmsilçilərini tam üstünlüklə məğlub edib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda o, Belarus idmançısını məğlub edib.

65 kq çəkidə yarışan Hacı Əliyev də Avstriya və Türkiyə təmsilçilərini məğlub edərək yarımfinala yüksələrək Sloveniya idmançısına qalib gəlib.

70 kq-da yarışan Murtuz Müslümov Almaniya və Bolqarıstan idmançılarına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda güləşçimiz Polşa təmsilçisinə təslim olub.

Cəbrayıl Həsənov (79 kq) ilk görüşündə Ukrayna, ikinci görüşdə Ermənistan idmançısına qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Cəbrayıl Rusiya idmançısıyla bacarmayıb.

97 kq-da mübarizə aparan Nurməhəmməd Hacıyev mübarizəyə 1/4 finaldan qoşulub və Ermənistan təmsilçinə qalib gələrək yarımfinala yüksəlib. Onun yarımfinalda rəqibi Belarus idmançısı olacaq.

Yarımfinal görüşləri də keçirilib.

57 kq

FİNAL - Zavur Uguiev (RUS) - Georgi Edişeraşvili

1/2 final - Vladislav Andreyeu (BLR) - Georgi Edişeraşvili 1:4
1/4 final - Georgi Edişeraşvili - Miqran Jaburyan (ARM) 10:0
1/8 final - Georgi Edişeraşvili - Mikyay Salim Naim (BUL) 10:0

65 kq

FİNAL - Hacı Əliyev - İlyas Bekbulatov (RUS)

1/2 final - David Habat (SLO) - Hacı Əliyev 0:3
1/4 final - Selahattin Kılıçsallayan (TUR) - Hacı Əliyev 2:9
1/8 final - Hacı Əliyev - Qabriel Yanatş (AUT) 10:0 (49 san.)

70 kq
Bürünc medal görüşü - Murtuz Müslümov
1/2 final - Murtuz Müslümov - Maqomedmurad Qadjiyev (POL) 2:3
1/4 final - Miroslav Kirov (BUL) - Murtuz Müslümov 2:7
1/8 final - Aleksandr Semisorov (GER) - Murtuz Müslümov 8:9

79 kq
Bürünc medal görüşü - Cəbrayıl Həsənov
1/2 final - Axmed Qazimaqomedov (RUS) - Cəbrayıl Həsənov 6:4
1/4 final - Varuzhan Kajoyan (ARM) - Cəbrayıl Həsənov 1:6
1/8 final - Cəbrayıl Həsənov - Rüstəm Dudayev (UKR) 8:3

97 kq
Bürünc medal görüşü - Nurməhəmməd Hacıyev
1/2 final - Nurməhəmməd Hacıyev - Aliaksandr Huştin (BLR) 7:7*
1/4 final - Nurməhəmməd Hacıyev - Georgi Ketoyev (ARM) 3:0

 

Digər xəbərlər