Ərdoğan "Əsrin güləşçi"sinə çatan pəhləvanı təbrik etdi - Foto

Ərdoğan "Əsrin güləşçi"sinə çatan pəhləvanı təbrik etdi - Foto
Digər, Güləş
02 May 2018 - 19:00
Supersport.Az-ın məlumatına görə, Türkiyənin tanınmış pəhləvanı 8-ci dəfə Avropa çempionu adını qazanıb.

Dağıstanda yunan-Roma güləşçisi Rıza Kayaalp (130 kq) rus Vitali Şurla qarşılaşmada hesabda geri olsa da, 2 xal qazanaraq yenidən qitə birincisi olub.

Rıza bununla ardıcıl 7-ci, ümumilikdə 8-ci dəfə Avropa çempionu tituluna sahib çıxaraq "Əsrin güləşçisi" Hamza Yerlikayanın rekordunu yeniləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan R.Kayaalpa təbrik ismarıcı göndərib.










Digər xəbərlər