Güləşçimizi uduzduran hakimlərə yüngül cəza

Güləşçimizi uduzduran hakimlərə yüngül cəza
Digər, Güləş, Foto
01 May 2018 - 23:31
Supersport.Az-ın məlumatına görə, güləş üzrə Avropa çempionatının ilk günündə İslam Abbasovun Rusiya təmsilçisi Bekxan Ozdoevlə qarşılaşdığı yarımfinal qarşılaşmasında nəticəyə təsir edən hakim səhvi ilə bağlı Azərbaycan Güləş Federasiyasının rəhbərliyi Dünya Güləş Birliyinə (DGB) şikayət edib.

Görüş ərzində rusiyalı idmançı güləşçimizin trikosundan dartaraq müdafiə olunmağa çalışıb. Hakimlər isə idmançıya heç bir xəbərdarlıq etməyib. DGB Hakimlər Kollegiyasının sədri Antonio Silvestri hakimlərin etdiyi səhvə görə, üzrxahlıq edib, görüşü idarə edən Finlandiya, Belarus və Almaniya təmsilçisi hakimlər 1 günlük çempionatı idarə etməkdən məhrum ediliblər (azertag).

Xatırladaq ki, güləş qaydalarına əsasən, rəqibin geyimindən tutduğuna görə, idmançı 2 xal və xəbərdarlıqla cəzalandırılır. Belə olacağı təqdirdə İslam Abbasov görüşü qalib başa vurub, finala yüksələcəkdi.

Digər xəbərlər