Supersport.Az-ın məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Olimpiya İdman Kompleksində Sabir Hüseynovun xatirəsinə həsr olunmuş sambo üzrə 2002-2003-cü il təvəllüdlü idmançılar arasında Bakı şəhər açıq turniri keçirilib. Yarışda 172 nəfər idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb. Nəticələrə görə 42 kq çəki dərəcəsi üzrə İlkin Həsənli (Nəqşi-Cahan İK), 46 kq çəki dərəcəsi üzrə Rəşad Salayev (10№-li UGİM), 50 kq çəki dərəcəsində Orxan Qəhrəmanov (Neftçi İKİB), 55 kq çəki dərəcəsində Elşən Əsədov (Nəqşi -Cahan İK), 60 kq çəki dərəcəsində Rəvan Rüstəmli (Neftçi İKİB), 66 kq çəki dərəcəsində Təbriz Səyyadov (Yasamal-Sambo İK), 72 kq çəki dərəcəsində Adil Adilzadə (Neftçi İKİB), 78 kq çəki dərəcəsində Cahangir Məmmədov (6№-li İOEUGİM), 84 kq çəki dərəcəsində Murad Məmmədov (Neftçi İKİB), +84 kq çəki dərəcəsində Məhəmməd Məmmədzadə (Pəhləvan İK) birinci olublar.
İlk üç yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.