Üçqat Avropa çempionumuz Türkiyəni təmsil edəcək

Üçqat Avropa çempionumuz Türkiyəni təmsil edəcək
Digər, Güləş
26 Aprel 2018 - 21:58
Supersport.Az-ın məlumatına görə, yaxın günlərdə Rusiyanın Kaspiysk şəhərində təşkil olunacaq güləş üzrə böyüklər arasında Avropa çempionatında həmvətənimiz qardaş ölkəni təmsil edəcək.

Yunan-Roma güləşi üzrə üçqat qitə çempionu Elçin Əliyev (hazırda Elçin Əli - red.) Türkiyənin uğuru üçün çalışacaq.

Qardaş ölkənin yığması sabah axşam Dağıstana yollanacaq və mayın 3-də geri qayıdacaq.

"Bursa Böyükşəhər Bələdiyəspor" klubunun üzvü Elçin Əli 60 kq çəki dərəcəsində mübarizə aparacaq.

Xatırladaq ki, E.Əliyev milli komandamızın şərəfini qoruyarkən saqqal məsələsinə görə Azərbaycan Güləş Federasiyası ilə xoşagəlməz məqamlar baş verdiyi üçün idmançı yığmadan kənarlaşdırılmışdı. Tanınmış pəhləvan bir ildir ki, ölkəmizi tərk edib.     



 

Digər xəbərlər