Millimizin heyəti müəyyənləşdi - Foto

Millimizin heyəti müəyyənləşdi - Foto
Digər, Güləş, Foto
24 Aprel 2018 - 15:13
30 aprel - 6 may tarixlərində Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.

Olimpiya Güləş Mərkəzində hazırlığı davam etdirən yunan-Roma güləşi üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçirilib.

Supersport.Az-ın məlumatına görə, məşqdən əvvəl AGF-nin 1-ci vitse-prezidenti Firdovsi Umudov, vitse-prezidentlər Elçin Cəfərov və Namiq Abdullayev, baş katib Orxan Məmmədovun iştirakı ilə Avropa çempionatına yollanacaq yığmamızın heyəti açıqlanıb.

Yığmamız qitənin ən mötəbər turnirində tam heyətlə çıxış edəcək.

Baş məşqçi Şaban Donatın rəhbərlik etdiyi məşqçilər korpusu Avropa çempionatında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Emin Muxtarov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev, (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abasov (87 kq), Orxan Nuriyev (97 kq) və Türmən Eyyubova (130 kq) şans verəcək.

Qeyd edək ki, yunan-Roma güləşçilərinin mübarizəsi 3 gün davam edəcək. Ardınca qadın və sərbəst güləşçilər mübarizəyə qoşulacaq.

Digər xəbərlər