Qurban Qurbanov: "Artıq pul da təklif etsək, bura gəlmək istəmirlər" - Video

Qurban Qurbanov: "Artıq pul da təklif etsək, bura gəlmək istəmirlər" - Video
Futbol, Eksklüziv, Video
23 Aprel 2018 - 22:00
Supersport.Az-ın məlumatına görə, altıqat ölkə çempionu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yenidən Çempionlar Liqasının qrupuna vəsiqə qazanmağın vacibliyini bildirib.

"Reqlamentdəki dəyişikliklərdən sonra çətin olacaq. Amma biz turnirdən əvvəl komandanı tam formalaşdırmağa çalışacağıq. Biz bütün il boyu ciddi hazırlıq keçirik. Dəfələrlə demişəm ki, mən həmişə istəyirəm ki, komandaya hər il bir və ya iki yeni oyunçu gəlsin. Ehtiyac var və işlər gedir. Çempionluğu təmin etdiyimizə görə bundan sonra bu işlərlə daha rahat məşğul ola bilərik. Məşqçilər korpusu kimisə almaq istədikdə, rəhbərlik buna etiraz etmir. Digər tərəfdən, hər ölkənin öz qiyməti, reytinqi var. Mən də buraya daha güclü futbolçuların gəlməsini istəyərdim. Amma yaxşı futbolçular tapmaq çətindir. Onlar daha güclü çempionatlarda, məsələn, Türkiyədə, Rusiyada oynamaq istəyirlər. Hətta artıq pul da təklif etsək də, bura gəlmək istəmirlər" - deyə, təcrübəli mütəxəssis qeyd edib.


 

Digər xəbərlər