Fərhad Vəliyev: "Həm kədərli, həm də sevincliyəm" - Video

Fərhad Vəliyev: "Həm kədərli, həm də sevincliyəm" - Video
Futbol, Video
23 Aprel 2018 - 12:14
Supersport.Az premyer liqanın 24-cü turunda "Qarabağ"a məğlub olan "Sumqayıt"ın qapıçısı Fərhad Vəliyevin fikirlərini videogörüntüyə alıb.

38 yaşlı qolkiper həm kədərli, həm də sevincli olduğunu bildirib:

"Hazırkı komandam məğlub olduğu üçün kədərliyəm. Keçmiş klubumun çempionluğuna isə sevinirəm. "Qarabağ"ı bu uğur münasibətilə təbrik etdim".

F.Vəliyev Avroliqaya vəsiqə qazanmaq üçün sonadək mübarizə aparmağın vacibliyini qeyd edib:

"Uduzsaq da, Avroliqaya vəsiqə qazanmaq şansımız qalıb. Ruhdan düşməməli və sona qədər mübarizə aparmalıyıq".


 

Digər xəbərlər