Məhəmməd Salah Kriştiano Ronaldoya çatdı

Məhəmməd Salah Kriştiano Ronaldoya çatdı
Futbol
21 Aprel 2018 - 19:34
Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının 35-ci turunda "Vest Bromviç"lə qolla bərabərə başa çatan oyunda "Liverpul"da fərqlənən Məhəmməd Salah daha bir rekord vurub. Qarşılaşma 4 qolla bitib.

M.Salah komndasının ikinci qolunu vurub.

25 yaşlı futbolçu 1992-ci ildə qurulan Premyer Liqanın 38 həftəli mövsümlərini 31 qolla tamamlayan Alan Şirer, Kriştiano Ronaldo və Luis Suaresin rekorduna şərik olub.

Premyer Liqada 22 komandanın mübarizə apardığı 42 həftə davam edən 1993-94-cü illərdə Endi Koul, 1994-95 sezonunda isə Alan Şirer 34 qolla bombardirlər sırasında birincidir.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının yarımfinalına yüksələn "Liverpul", Salahı 34 milyon funt sterlinqə "Roma"dan transfer edib.

Digər xəbərlər