Ərdoğan: "Bu, futbol terrorundan betərdir"

Ərdoğan: "Bu, futbol terrorundan betərdir"
Futbol
20 Aprel 2018 - 21:06
Supersport.Az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə kubokunun yarımfinal mərhələsində keçirilən "Fənərbağça" - "Beşiktaş" derbisində baş verən qalmaqala kəskin münasibət bildirib.


"Bu, futbol terrorundan da betərdir. Qadınlar olduğu üçün kişilərin ədəbli formada oyunu izləyəcəyini düşünürdük. Ən əsası ədalətli oyun keçirilməlidir. Açıq danışmaq lazımdır ki, burda hiylə də var. Bütün hadisələr ancaq künc nöqtələri yaxınlığında oldu. Tribunalardakı terroru kimlərsə təşkil edir, özünə baş vermir. Meydana yad əşyalar atıldı, xoşagəlməz hadisə baş verdi. Bu, hərəkətlər qəbulolunmazdır. Kaş ki, belə olmayaydı. Şenol Günəşə ediləni bağışlamaq mümkün deyil. Hər iki klubun prezidenti ilə bu barədə danışdım. Hamısı çox məyus və şikayətçidirlər. Görək, Türkiyə Futbol Federasiyası bundan nə nəticə çıxaracaq, hansı tədbirləri görəcək".


Xatırladaq ki, qarşılaşmanın 57-ci dəqiqəsində azarkeşlər meydana yaş əşyalar atdığından və "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşə xəsarət yetirdiyindən, görüş təxirə salınıb.

Türkiyə prezidenti, təcrübəli mütəxəssisin vəziyyəti ilə maraqlanaraq ona "keçmiş olsun" deyib.

Digər xəbərlər