Roman Qriqorçuk "Qarabağ"ın finalda olmamasına sevindi

Roman Qriqorçuk "Qarabağ"ın finalda olmamasına sevindi
Futbol
19 Aprel 2018 - 09:34
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi” – “Qəbələ” oyunundan (1:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib.

Ukraynalı mütəxəssis, "Qarabağ"ın finalda olmamasına sevindiyinə işarə vurub:

"Klubumuz üçün çox gözəl hadisə baş verdi. Bu üzdən danışılası müsbət məqamlar çoxdur. Bu addımı çox vacib anda atdıq. Finala yüksəldiyimiz üçün çox şadıq. Avrokuboklarda belə böyük sevinc yaşasaq da, daxili yarışlarda bu hal olmamışdı. Çünki yüksək yerlər tutsaq da, titul qazanmamışıq. Sevinməyimiz təkcə nəticə deyil, həm də titula doğru addımı son şansdan yararlanmaqla atmağımızla bağlıdır. Hadisələrin belə uğursuz axarında yarımfinal səddini adladıq. Qələbə ağır vəziyyətdə qazanıldığı üçün daha dəyərlidir. Vojislav Stankoviçin əvəzlənməsi bizim üçün gözlənilməz deyildi. Çünki belə hallarla çox üzləşmişik.

Belə strateji baxımdan ağır vəziyyətdə qalib gəlmək komandanın güclü olmasını göstərir. Finalda həmvətənim Yuri Maksimovun çalışdırdığı “Keşlə” ilə qarşılaşmağımız heç bir prinsipiallıq artırmır. Finalda olmaq və qalib gəlməyin özü prinsipial məsələdir. Sistematik yüksək nəticələr qazanmaq üçün bütün cəhətlərdən tam hazır olmalıyıq. Hətta bu tələblərə cavab verən komanda da nəticə qazanmaya bilər. “Neftçi” ilə ilk oyundan öncə qapıçı və bombardirimiz zədələndi. Klubda titul qazanmaq üçün çox şey qurban vermişəm. “Qarabağ” çempionatda bütün komandalardan üstündür. Finalda “Qarabağ” deyil, istənilən başqa rəqiblə oynamaq daha yaxşıdır. “Keşlə”də əvvəlki ilə müqayisədə müəyyən fərqlər var. Burada baş məşqçinin işi hiss olunur. Maksimovu tanıdığımdan deyirəm ki, bu komanda həmişə istənilən rəqiblə mübarizə aparacaq. Finala qədər vaxtımız var, müəyyən şeylər fikirləşəcəyik".


 

Digər xəbərlər