Futbolumuzda təpik-yumruq davası - Video

Futbolumuzda təpik-yumruq davası - Video
Futbol, Video
18 Aprel 2018 - 21:29
Supersport.Az Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Sumqayıt" - "Keşlə" cavab oyununda qalmaqalı təqdim edir.

Hadisə qarşılaşmanın 70-ci dəqiqəsində, meydan sahiblərinin futbolçusu Bəxtiyar Həsənalızədinin Bakı klubunun üzvü Sezar Meza Kolliyə qarşı aşkar kobudluğundan sonra baş verib. "Keşlə"nin ukraynalı baş məşqçisi Yuri Maksimov Bəxtiyarın bu hərəkətinə əvəz olaraq futbolçuya təpik atıb, sonra Həsənalızadəni itələyib. Bundan sonra meydanda tərəflər arasında gərginlik yaşanıb. Hakimlərin məsələyə müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub. Baş hakim Əliyar Ağayev Yuri Maksimovu texniki zonadan kənarlaşdırıb.

Digər xəbərlər