Azərbaycanlı hakim "Mançester Siti" – "Barselona" oyununda

Azərbaycanlı hakim "Mançester Siti" – "Barselona" oyununda
Futbol
18 Aprel 2018 - 16:27
UEFA Gənclər Liqasının yarımfinal mərhələsi çərçivəsində Nyon şəhərindəki Kolovra stadionunda keçiriləcək "Mançester Siti"  – "Barselona" oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Supersport.Az-ın xəbərinə görə, bu barədə AFFA-nın saytı məlumat yayıb  Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olacaq. Dördüncü hakim funksiyasını Sandro Scharer (İsveçrə) yerinə yetirəcək.
Qeyd edək ki, "Mançester Siti"  – "Barselona" görüşü aprelin 20-i keçiriləcək.

Digər xəbərlər