"Qarabağ" dünyada yüksəlişdə

"Qarabağ" dünyada yüksəlişdə
Futbol
18 Aprel 2018 - 15:53
Supersport.Az-ın məlumatına görə, dünyanın ən güclü komandalarının yeni reytinqi açıqlanıb.

Planetin 1000 klubunun siyahısında 16 həftədən sonra "Real Madrid" (17741 xal) liderdir. "Barselona" (16402 xal) ikincidir. "Atletiko"nu geriyə atan "Qremio" 14137 xalla üçüncüdür.

Aprelin 16-da açıqlanan reytinqdə beşqat Azərbaycan çempionu "Qarabağ" üç, "Qəbələ" bir pillə irəliləyib. Həmişə olduğu kimi bu komanda Ağdam yox, səhv olaraq Bakı klubu kimi göstərilib.

"Keşlə" və "Zirə" 2 pillə geriləyib.

526 (529) "Qarabağ"              1169 xal

744 (742) "Keşlə" Bakı               368

782 (783) "Qəbələ"                     255 

810 (808) "Zirə"                         217

Digər xəbərlər