"Məhəmməd Salah "Real Madrid"də oynaya bilər"

"Məhəmməd Salah "Real Madrid"də oynaya bilər"
Futbol
17 Aprel 2018 - 20:44
Supersport.Az-ın məlumatına görə, Misir yığma komandasının sabiq futbolçusu Mido Məhəmməd Salahın "Real Madrid"də oynamağa hazır olduğunu bildirib.

Ulduz futbolçu"Liverpul"da bu mövsüm rəsmi matçlarda 40 qola vurub, komandasının Premyer Liqa və Çempionlar Liqasında irəli getməsində böyük rol oynayıb.

M.Salah, "Real Madrid"lə "Barselona"nın maraq dairəsindədir.

Mido sözünü belə tamamlayıb:

"Real Madrid", Salahı istəyir. Qaret Beyl və Kərim Benzema istənilən oyunu göstərmir. Məhəmməd Salahın "Liverpul"da uğur qazanacağına ümidim az idi. Ancaq o, yüksək səviyyəli oyunu ilə mənfi fikirləri alt-üst etdi. "Real Madrid" Salahdan faydalana bilər".

Digər xəbərlər