Ayxan Abbasova ağır cəza

Ayxan Abbasova ağır cəza
Futbol
17 Aprel 2018 - 16:09
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İntizam Komitəsi Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda və Azərbaycan Premyer Liqanın 23-cü turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Qəbələ” – “Neftçi” matçının 68-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

Oyunun 71-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimələnib.

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Keşlə” – “Sumqayıt” matçının 80-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Samir Abasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb,  klub 800 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının 23-cü turunun  “Sumqayıt” – “Keşlə” matçının 81-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə kəsilib.

Azərbaycan Premyer Liqasının 23-cü turunun  “Qəbələ” – “Səbail” matçında Qəbələ təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

“Kəpəz” – “Qarabağ” matçında Gəncə klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 37-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə ödəyəcək.

“Zirə” – “Neftçi” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 51-ci dəqiqəsində “Zirə”nin futbolçusu Yani Urdinov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb , klub 200 manat cərimə olunub.

Topaz Premyer Liqanın 23-cü turunda "Neftçi" ilə oyunun 85-ci dəqiqəsində "Zirə"nin baş məşqçisi Ayxan Abbasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanırb,  klub 800 manat cərimə olunub.

İntizam Komitəsinin 21 fevral 2018 - ci il 25 №-li protokoluna əsasən Abbasova verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edib və ona 6 ay sınaq müddəti vermişdi. Sınaq müddəti ərzində baş məşqçi yenidən cəzalandığına görə sanksiyanın növbəti hissəsi qüvvəyə minib.

Digər xəbərlər