"Barselona"nın baş məşqçisi: "Messi məndən hesabat tələb etməyib"

"Barselona"nın baş məşqçisi: "Messi məndən hesabat tələb etməyib"
Futbol
14 Aprel 2018 - 16:00
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında "Roma" qarşısında aciz qalaraq mübarizəni dayandıran "Barselona"da qalmaqal yarandığı haqda xəbər yayılıb.

Komandanın liderlərindən Lionel Messi və Jerar Pikeylə baş məşqçi Ernesto Valverde arasında mübahisə olduğu bildirilir. Futbolçular, çalışdırıcıya taktikanı səhv qurduğu və qarşılaşmada dönüş yarada bilməməyə görə iradını çatdırıb.

Baş məşqçi, barəsində yayılan məlumatı təsdiq etməyib:

"Messi və Pikenin məndən hesabat tələb etməsi haqda yayılan söz-söhbətlərə şərh vermək istəmirəm. Çünki bu, baş verməyib. Bəli, komanda üçün çox ağırdır. "Real Madrid"ə Superkubok oyununda da məğlub olan belə halla üzləşmişdik. Nə qədər çətin olsa da, komanda hazırlığını davam etdirməlidir".

Digər xəbərlər