ÇL-də həftənin ən yaxşı futbolçusu bəlli oldu

ÇL-də həftənin ən yaxşı futbolçusu bəlli oldu
Futbol
13 Aprel 2018 - 17:00
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Supersport.Az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğu nəticəsində “Liverpul”un yarımmüdafiəçisi Sadio Mane ən yaxşı seçilib. O, səslərin 51 faizinin səsini toplayıb.
İkinci yeri “Roma”nın forvardı Edin Dzeko tutub – 31 faiz. “Yuventus”un hücumçusu Mario Mandzukiç üçüncü (16 faiz), “Bayern”li Aryen Robben (3 faiz) sonuncu olub.

Digər xəbərlər