"Azərbaycanın gözlədiyi nailiyyətlər Tokio Olimpiadasında da reallaşacaq" - Video

"Azərbaycanın gözlədiyi nailiyyətlər Tokio Olimpiadasında da reallaşacaq" - Video
Digər, Güləş, Video
08 Aprel 2018 - 09:21
Supersport.Az xəbər verir ki, ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında iştirak edən Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç AGF-nin saytına müsahibə verib.

Ölkəmizin Dünya Güləş Birliyində böyük pay sahibi olduğunu deyən Nenad Laloviç, Azərbaycanın güləş yarışlarını hər zaman yüksək təşkilatçılıqla həyata keçirdiyini deyib. Bakıda keçirilən Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran Pri turniri, Avropa Oyunları, Avropa və Dünya çempionatlarını xatırlayan DGB rəsmisi bu yarışlar haqqında xoş təəssüratlarını bildirib.

"Azərbaycanda bir neçə dəfə olmuşam və yüksək səviyyədə təşkilatçılığın şahidi olmuşam. Ümid edirəm ki, gələcəkdə Azərbaycanın ev sahibliyi edəcəyi bir çox böyük yarışlar izləyəcəyik. Çünki biz Azərbaycan Güləş Federasiyasının böyük təcrübəyə malik olduğunu bilirik."

Qədim güləş ənənələrinə sahib olan Azərbaycanın yüksəlişdə olduğunu deyən Laloviç bu sayədə ölkəmizin dünya güləşində daim yüksək yerlərdə olacağına inandığını bildirib.

"Dünya Kubokunda iştirak edən Azərbaycan komandası çox güclüdür və biz Budapeştdə keçiriləcək Dünya çempionatında da güclü Azərbaycan komandasının iştirak edəcəyini gözləyirik. Düşünürəm ki, Azərbaycan xalqının gözlədiyi nailiyyətlər Tokio Yay Olimpiya Oyunlarında da reallaşacaq."

Müsahibənin sonunda DGB prezidenti Nenad Laloviç güləş idmanının daha da inkişafı istiqamətində görüləcək işlərdən danışıb.

Digər xəbərlər