Yığmamız Dünya Kubokunda mübarizəyə başlayır

Yığmamız Dünya Kubokunda mübarizəyə başlayır
Digər, Güləş
07 Aprel 2018 - 07:45


Supersport.Az-ın məlumatına görə, bu gün və sabah ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.





Yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. ABŞ, Hindistan, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaq.

Yığmamız bu gün Kuba və Qazaxıstanla, sabah isə Monqolustan ilə yarımqrup görüşlərində qarşılaşacaq.
PROQRAM 


7 aprel, saat 20:00 / AZƏRBAYCAN - Kuba (B xalçası)


8 aprel, saat 02:30 / AZƏRBAYCAN - Qazaxıstan (B xalçası)


8 aprel, saat 19:00 / AZƏRBAYCAN - Monqolustan (B xalçası)

Qarşılaşmaların saatı Bakı vaxtı ilə göstərilib.

Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz 3-cü yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.


Digər xəbərlər