Mirça Luçesku Tahir Gözəli təbrik etdi - Video

Mirça Luçesku Tahir Gözəli təbrik etdi - Video
Futbol, Video, Foto
04 Aprel 2018 - 22:11
Türkiyənin məşhur media orqanlarından "Milliyet" qəzetinin "İlin idman mükafatları-2017" tədbiri keçirilir.
Supersport.Az-ın məlumatına görə, "İlin komandası" mükafatına namizədlər arasında "Qarabağ"ın adı olsa da, bu nominasiyada ilk yerə "Fənərbağça”nın basketbol komandası layiq görülüb. Beşqat Azərbaycan çempionuna münsiflər heyəti tərəfindən xüsusi fəxri mükafat verilib.

Tədbirdə "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl, klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov da tədbirdə iştirak ediblər. Türkiyə futbol yığmasının baş məşqçisi Mirça Luçesku mükafatı klubun rəsmisi Tahir Gözələ təqdim edib. Buna təşəkkür edən T.Gözəl, "Allah Türkiyəni qorusun" və dahi şair Nəsiminin qəzəlindən bir neçə misra deyib.

"İlin idmançısı" adına isə yüngül atletika üzrə dünya çempionu Ramil Quliyev layiq görülüb.


 

Digər xəbərlər