Kintana 100-ə çatdı

Kintana 100-ə çatdı
Futbol
03 Aprel 2018 - 11:14
Premyer Liqanın 21-ci turunun “Keşlə” ilə ev oyunu (1:1) “Qarabağ”ın futbolçusu Dani Kintana üçün əlamətdar olub.

Supersport.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, ispaniyalı yarımmüdafiəçi Ağdam klubunun heyətində 100-cü matçını keçirib. Yubiley qarşılaşmasının iştirakçısı bu görüşlərdə 26 qol sevinci yaşayıb.

Kintana Azərbaycan çempionatlarında 63 (21 qol), Azərbaycan kubokunda 9 (2 qol), avrokuboklarda 28 (3 qol) dəfə “Qarabağ”ın formasını geyinib. Dani Ağdam klubunun tarixində 100 və daha çox matç keçirən 43-cü futbolçu olub.

Qeyd edək ki, ispaniyalı futbolçu 2015-ci il iyulun 15-də Çempionlar Liqasının “Rudar” (Monteneqro) ilə ev oyununda (0:0) indiki klubunda debüt edib.

Digər xəbərlər