Dünyanın ən titullu futbolçusu

Dünyanın ən titullu futbolçusu
Futbol
02 Aprel 2018 - 12:03
PSJ-nin futbolçusu Dani Alves dünyanın ən çox kubok qazanan futbolçusu adına yiyələnib.

Supersport.Az-ın xəbərinə görə, braziliyalı müdafiəçi ötən gün karyerası ərzində 36-cı kubokunu qazanıb.

Paris klubu Fransa kubokunun finalında “Monako”ya 3:0 hesabı ilə qalib gələrək 34 yaşlı Alvesi dünyanın ən titullu futbolçusu edib.

Alves Rayan Giqqz və Kenni Dalqilişin rekordunu yeniləyib. Hər iki britaniyalı futbolunun aktivində 35 titul var.

Qeyd edək ki, Alves 7 dəfə ölkə çempionluğu, 6 dəfə ölkə kubokunu, 6 dəfə ölkə superkubokunu, 1 dəfə “Nordest” kubokunu (Braziliya), 1 dəfə Liqa kubokunu (Fransa), 3 dəfə Çempionlar Liqasını, 2 dəfə UEFA kubokunu, 4 dəfə UEFA superkubokunu, Braziliya millisi ilə 1 dəfə Amerika kuboku, 2 dəfə Konfederasiyalar kubokunu və 3 dəfə klublararası dünya çempionluğunu qazanıb.

Digər xəbərlər