"Qarabağ"la heç-heçə qələbəyə bərabərdir"

"Qarabağ"la heç-heçə qələbəyə bərabərdir"
Futbol
01 Aprel 2018 - 22:00
Supersport.Az-ın məlumatına görə, "Keşlə"nin baş məşqçisi Yuri Maksimov "Qarabağ"la Premyer Liqanın 21-ci turunun oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.

"Turnir cədvəlinin lideri ilə aşağı pillələrdə qərarlaşan komanda üz-üzə gəldilər. Oyun maraqlı alındı. Təxminən 60 dəqiqə yaxşı oynadıq. Biz əvəzetmə edəndə gənclər meydana çıxırdı. Hansı ki, bu yaxınlara kimi əvəzedicilərdə oynayırdı. "Qarabağ"da isə təcrübəli oyunçular meydana çıxırdı. Buna görə, heç-heçəni qələbəyə bərabər hesab edirəm".

Ukraynalı mütəxəssis əvəzedici heyətin üzvlərinə güvənməsi, klubun niyə yetərincə transfer həyata keçirməməsi barədə suala cavabında isə bu mövzu barədə danışmaq istəmədiyini vurğulayıb:

"Ancaq onu deyə bilərəm ki, əlimizdə olan "material”dan tam istifadə edirik".

"Demək olar ki, klubun qış transfer siyasəti iflasa uğradı" sualını o, belə cavablandırıb:

"Məni düzgün başa düşün. Güclü futbolçu 4 aya müqaviləyə və bizim təklif etdiyimiz məbləğə gəlməz. Biz ayrılan büdcə çərçivəsində hərəkət etmişik. Ancaq sonra həmin futbolçuların tələb etdiyi məbləği verə bilmədik. Buna görə transfer etdiyimiz futbolçulara irad bildirə bilmərəm".

Y.Maksimov oyunun gedişatında zədələnən Kamran Ağayevin durumu haqda isə deyib:

"Həkimlər zədənin ciddi olub-olmaması haqda hələ heç nə deməyiblər. Onlarla danışdıqdan sonra onun vəziyyətinə aydınlıq gələcək".

Digər xəbərlər