"Zəfər kuboku"nda daha 4 medal

"Zəfər kuboku"nda daha 4 medal
Digər, Güləş
31 Mart 2018 - 23:20
Supersport.Az xəbər verir ki, 29 mart - 2 aprel tarixlərində Türkiyənin Gebze şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında 21-ci Zəfər Kuboku beynəlxalq turniri keçirilir.

İkinci yarış günündə güləşçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Yunan-Roma güləşçilərimizdən Qurban Qurbanov (45 kq), qadın güləşçilərdən Nigar Mirzəzadə (65 kq), sərbəst güləşçilərdən isə Fuad Mayılov (80 kq) bütün rəqiblərini üstələyərək finala yüksəlib. Nigar Mirzəzadə final görüşünü də qələbə ilə başa vuraraq turnirin qızıl medalını qazanıb. Qurban Qurbanov və Fuad Mayılov isə gümüş medalla kifayətlənib. Bürünc medalı isə yığmamıza yunan-Roma güləşçisi Laçın Vəliyev (92 kq) qazandırıb.

Digər xəbərlər