Voznyatski ilk 10-luqda

Voznyatski ilk 10-luqda
Tennis, Digər
31 Mart 2018 - 18:18
“Forbes” jurnalı dünya idmanında nüfuzlu qadınların reytinq siyahısını açıqlayıb.

Supersport.Az xəbər verir ki, siyahıda 19 ölkədən 25 nəfərin adı yer alıb.

Reytinq cədvəlinə FIFA-nın baş katibi seneqallı Fatma Samura başçılıq edir.

İlk onluqda yer alan yeganə idmançı danimarkalı tennisçi Karolin Voznyatskidir. Dünyanın ikinci raketka ustası olan K.Voznyatski cari ildə “Böyük dəbilqə” turnirinin qalibi olub.

Digər xəbərlər