“Sumqayıt” “Universal Pro MMC” ilə əməkdaşlıq müqaviləsi bağladı – Foto+Video

“Sumqayıt” “Universal Pro MMC” ilə əməkdaşlıq müqaviləsi bağladı – Foto+Video
Futbol, Video, Foto
29 Mart 2018 - 20:17


Bu gün “Sumqayıt" və "Universal Pro MMC" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Supersport.Az xəbər verir ki, imzalanan müqavilə bir il müddətinə qüvvədə olacaq.

 

"Kapital Bank Arena"nın Konfrans zalında baş tutan tədbirdə "Sumqayıt" FK-nın prezidenti Riad Rəfiyev, vitse-prezident Vaqif Ömərov, baş məşqçi Samir Abasov, "Universal Pro MMC"nin təsisçisi Cavid İsmayılov, icraçı direktoru Ədalət Baxışov və marketinq meneceri Elşən Bayramov iştirak ediblər.

 

Daha sonra Riad Rəfiyev və Ədalət Baxışov müqaviləyə imza atıb. Ardınca "Universal Pro MMC"nin rəhbərliyinə xatirə olaraq "Sumqayıt" FK-nın oyun geyimi hədiyyə olunub.

 

Bundan başqa, qonaqlar "Kapital Bank Arena" və yeni inşa olunan stadionlarla yaxından tanış olub.

 






Digər xəbərlər