Güləşçilərimiz “Zəfər kuboku”nda

Güləşçilərimiz “Zəfər kuboku”nda
Digər, Güləş
29 Mart 2018 - 15:01
Türkiyənin Gebze şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında 21-ci Zəfər Kuboku beynəlxalq turniri keçirilir. Supersport.Az xəbər verir ki, turnirdə Türkiyə, İran, Gürcüstan, İtaliya, İsveç, Rusiya, Türkmənistan, Qazaxıstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Makedoniya, Argentina, Hollandiya, Qırğızıstan və Bosniya və Hersoqoviniya ilə yanaşı yığma komandalarımızın üzvləri də iştirak edir.
İlk yarış günündə sərbəst və yunan-Roma güləşi üzrə 48, 55 və 65 kq, qadın güləşi üzrə 43, 49 və 57 kq çəkidə 11 güləşçimiz xalça üzərinə çıxıb.
Yunan-Roma güləşi yarışlarında Qurban Qurbanov (48 kq), Murad Abbasov (55 kq), Ruslan Hədisov və Elcan Məmmədov (hər ikisi 65 kq), sərbəst güləş yarışlarında Əlihəsən Əmirli, Riyad Aslanov (hər ikisi 48 kq), Əbülfəz Nəsirov (55 kq) və Turan Bayramov (65 kq) iştirak edir. Qadın güləşçilərin mübarizəsində Şahanə Nəzərova (43 kq), Sevinc Əhədova (49 kq) və Birgül Soltanova (57 kq) qüvvələrini sınayır.

Digər xəbərlər