"Qarabağ"ın baş meneceri "Real"la "Roma"nın rəsmisi ilə görüşdü - Foto

"Qarabağ"ın baş meneceri "Real"la "Roma"nın rəsmisi ilə görüşdü - Foto
Futbol, Foto
28 Mart 2018 - 19:53
Martın 26-sı Romada Avropa Klublar Birliyininin Yarışların Təşkili İşçi Qrupunun növbəti iclası keçirilib.

Supersport.Az-ın məlumatına görə, iclasda İşçi Qrupunun rəhbəri "Roma" klubunun CEO-su Umberto Gandini, rəhbərin birinci köməkçisi "Real Madrid"in idman direktoru Emilio Butagueno ilə yanaşı Azərbaycandan komitələrdə təmsil edilən yeganə nümayəndəmiz, Komitənin həm də büro katibi, "Qarabağ"ın baş meneceri Asif Əsgərov iştirak edib.

İclasda UEFA yarışlarının təşkili, oyunlarının başlama vaxtları və digər məsələlər müzakirə olunub. Martın 27-si isə Avropa Klublar Birliyinin illik ümumi konqresi keçirilib.

Digər xəbərlər