Azərbaycandan Dünya Kubokunda 2 qızıl medal - Foto

Azərbaycandan Dünya Kubokunda 2 qızıl medal - Foto
Digər, Foto, Sambo
26 Mart 2018 - 03:08
Supersport.Az-ın məlumatına görə, sambo üzrə beynəlxalq dərəcəli idman ustası, milli komandanın 42 yaşlı yeni baş məşqçisi Bəxtiyar Hacıyevin debüt yarışı möhtəşəm alınıb.

Rusiya paytaxtı Moskvada sambonun 80 illiyinə həsr olunmuş Dünya Kubokunda Azərbaycan böyük uğur qazanıb.

Yığmamız mötəbər yarışda 2 qızıl medal qazanıb və komanda hesabında ikinci yeri tutub.

Kişilərin yarışında Mehman Xəlilov (57 kq) bütün rəqiblərinə qalib gələrək, birinci pilləyə sahib çıxıb. Samboçumuz finalda rusiyalı Artyom Şerbakovu məğlub edib. Erməni Tiqran Kirakosyan üçüncü yerlə kifayətlənib.

Millimizin digər üzvü Emil Həsənov (68 kq) isə həlledici qarşılaşmada bolqar Martin İvanov üzərində qələbə qazanıb.

Qeyd edək ki, Dünya Kubokunda 30 ölkədən 300 idmançı mübarizə aparıb. Rusiya 25 - 17 qızıl, 6 gümüş və 2 bürünc medalla komanda hesabında birinci olub.



Şəkildə sol tərəfdən birinci milli komandanın baş məşqçisi Bəxtiyar Hacıyevdir. 



 

Digər xəbərlər