Futbolçunu top öldürdü - Video

Futbolçunu top öldürdü - Video
Futbol, Video
25 Mart 2018 - 16:20
Supersport.Az-ın məlumatına görə, Xorvatiya üçüncü liqasında "Slavonija Pozega" ilə qarşılaşan "Marsonia"da Bruno Boban sinəsinə top dəydikdən sonra yerə yıxılıb. 25 yaşlı futbolçuya həkimlər dərhal yardım etsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

B.Boban ötən həftə "Varteks"lə oyunda 2 qol vuraraq komandasının 3-0 hesablı qələbə qazanmasında böyük rol oynamışdı.

Bundan əvvəl "Slavonija" və "Zagreb" klublarının formasını geyən futbolçunun ölümü azarkeşləri göz yaşlarına boğub.

Digər xəbərlər