Dünya Kubokunda qolkiperlərin top qorxusu - Foto

Dünya Kubokunda qolkiperlərin top qorxusu - Foto
Futbol
25 Mart 2018 - 00:34


Supersport.Az-ın məlumatına görə, Rusiyada keçiriləcək Dünya Kubokunda istifadə olunacaq futbol topu qapıçıları qorxuya salıb.

Almaniya – İspaniya oyunundan sonra bu barədə açıqlama verən David De XeaPepe Reyna və Mark-Andre ter Ştegen, Adidas firmasının istehsal etdiyi "Telstar18"in qolkiperlər üçün problem olacağını bildiriblər.

Dünya Kubokunda uzaq məsafədən 35 qol olacağını iddia edən Reyna həyəcan siqnalı verib:

"Bu topla oynamaq mümkün deyil. Plastik hissə olduğundan tutmaq çətindir. Dünya çempionatına kimi vaxt var və istehsal edən firma topu mütləq dəyişdirməlidir".

De Xea "Qolkiperlər bu topla çox problem yaşayacaq. Daha yaxşısını hazırlamaq olardı", deyib.

Ter Ştegen isə çıxış yolu kimi daha çox çalışmağı göstərib:

"Çox tez hərəkət edir. Ancaq Dünya Kuboku başlayana qədər buna vərdiş etməliyik. Başqa əlacımız yoxdur".

Digər xəbərlər