Cüneyt Çakır millimizin oyununda

Cüneyt Çakır millimizin oyununda
Futbol
24 Mart 2018 - 20:34
Türk hakim Cüneyt Çakır millimizin oyununa təyinat alıb.

Supersport.Az-ın "NTV" telekanalının saytına istinadən yaydığı xəbərə görə, o,  Antalyada keçiriləcək Azərbaycan - Makedoniya yoxlama qarşılaşmasında videotəkrara (VAR) baxacaq. Digər video köməkçi hakim Hüseyn Göçek olacaq.

Xatırladaq ki, matçın baş hakimi Türkiyə Futbol Federasiyasından Halis Özkahya olacaq. Ona Kemal Yılmaz və Kerem Ersoy kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ali Palabıyık yerinə yetirəcək.

Qeyd edək ki, "Mardan" stadionunda keçiriləcək oyun martın 27-i Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər xəbərlər