"Barselona"nın prezidenti: "Cengiz üçün 100 milyon verərik"

"Barselona"nın prezidenti: "Cengiz üçün 100 milyon verərik"
Futbol
23 Mart 2018 - 01:02
Supersport.Az-ın məlumatına görə, "Barselona"nın prezidenti Xosep Maria Bartomeu "Roma"nın ulduz futbolçusu Cengiz Ündəri diqqətlə izləyir. Bu barədə FIFA meneceri Bayram Tutumlu açıqlama verib.

"Klub rəhbəbərinə daha bir türk futbolçu gələ bilər. Dedi ki, "Cengiz Ündəri istəyirik. "80 milyon avro ödənilməlidir" deyəndə klub rəhbəri 100 milyon verməyə hazır olduğunu bildirdi.

Cengizi hamı istəyir. Məni məsləhətim o, 1-2 il "Roma"da oynamalıdır. Cengizin gələcəyi parlaqdır. Futbolçu və onu idarə edənlər həmlə etsə, səhv ola bilər. Cengiz "Mançester Siti"yə getmək istəyirdi. Mən Göksəl bəylə görüşdüm. Bu keçidə razı olmadıq. Bu ingilis klubunda futbolçuları digər komandalara satırlar. "Real Madrid"in keçmiş oyunçularıyla əlaqədəyəm. Cengiz tanınmış futbolçudur və ölkəmizin qürurudur".

Digər xəbərlər