Cenk Tosun: "Mən onu utandırmadım"

Cenk Tosun: "Mən onu utandırmadım"
Futbol
20 Mart 2018 - 21:27
Supersport.Az-ın məlumatına görə, "Everton"da yüksək oyunu ilə göz qamaşdıran Cenk Tosun maraqlı fikirlə gündəmə gəlib.

Türkiyə yığmasının futbolçusu uğurunun  sirirni açıqlayıb:

"Sosial şəbəklərdə "Qürurumuzsan" şərhini görürəm. Təkcə "Beşiktaş"lı deyil, "Trabzonspor"lu, "Qalatasaray"lı, "Fənər"li, "Bursa"lı azarkeşlər də yazır. Xarakteri sağlam və yaxşı insan olmaq çox vacibdir.

"Everton"a mövsümün yarısında qatıldım. Transferim dönəmində 7-8 gün istirahətdə oldum. Fitness baxımından çatışmazlığı ilk oyunda hiss etdim. Hamı maşın kimiydi. Mən də dərhal məşqlərə başladım. Həm İngiltərə, həm də Dubayda məşqçimizin köməyilə çox çalışdım. "Fizik gücünü artırsan formanı verərəm" dedi. Məni qorumaq məqsədilə bir neçə oyunda start heyətdə oynatmadı, azarkeşin tənqidi qarşısına atmadı. Mən də qollarımla onu utandırmadığımı düşünürəm.

Premyer Liqa hər zaman sevdiyim çempionatdır. Çünki oyun həmişə axır. Top daim hərəkətdədir. Matçda bəzən sümük səsi gəlsə də, ancaq hakim "oyuna davam" deyir. Mən də bu tempə alışmağa çalışıram.

"Stok Siti" ilə oyun karyeramda ən mühüm oldu. İki qol vurdum və komandama qələbə qazandırmağı bacardım. İkinci dəfə fərqlənmək çox çətin idi. Buz kimi hava, qar, yağışda baş zərbəsi zamanı mənə təpik də dəydi. Ancaq qol vurduğum üçün buna dəyərdi. Qalan dəqiqələrdə "het-trik"i qaçırdım. Bununla belə 3 xal gətirən futbolçu olmaq əladır. Oyundan sonra azarkeşlərin stadionu "Cenk Tosun" şüarı ilə tərk etməsinə sosial şəbəkədə baxanda çox qürurlandım.

"Everton"a transfer olunmadan əvvəl Harri Keynini izləyirdim. Çox yaxşı futbolçudur. Oyun üslublarımız bənzəyir. Lakin fərqli cəhətlər də var. Dünyada bəyəndiyim ən yaxşı hücumçular sırasında onu ilk "üçlük"də görürəm.

Niasse, "Qardaşım, qardaşım" deyərək hər zaman mənimlədir. "Akhisar"da öyrədiblər, yaxşı anlaşırıq. Bəzən komandanın yükü onun, bəzən mənim üzərimə düşür. Ümid edirəm ki, qol vurmağa davam edəcək. Siqurdssonla da yaxşı anlaşırıq.

Komandada ləqəbim yoxdur. İlk gündən Cenki öyrədirəm. Bəziləri "Cenk", kimsə "Atibanın oğlu Noah", kimlərsə "Cenki" deyir. Azarkeşlər görəndə "Tosun şəkil çəkdirə bilərik?" deyirlər. Onların bu addımıyla fəxr edirəm".

 

Digər xəbərlər