Ronaldo 1-ci, Messi 4-cü

Ronaldo 1-ci, Messi 4-cü
Futbol
20 Mart 2018 - 18:45
Supersport.Az-ın məlumatına görə, bu mövsüm turnirlərdə ən çox qol vuran futbolçuların siyahısı tərtib olunub.

İlk pillədə "Real Madrid"in hücumçusu Kriştiano Ronaldo qərarlaşıb. Son olaraq "Jerona" ilə matçda pokera imza atan portuqaliyalı futbolçu 35 görüşdə 37 qol vurub.

İlk "onluq"da aşağıda adları qeyd olunan futbolçular yer alıb:

1. Kriştian0 Ronaldo ("Real") - 37 qol (35 oyun)

2. Məhəmməd Salah ("Liverpul") - 36 (41)

3. Harri Keyn ("Tottenhem") - 35 (39)

4. Lionel Messi ("Barselona") - 35 (43)

5. Çiro İmmobile ("Latsio") - 34 (38)

6. Edinson Kavani (PSJ) - 33 (40)

7. Robert Levandovski ("Bavariya") - 32 (37)

8. Serxio Aquero ("Mançester Siti") - 30 (37)

9. Neymar (PSJ) - 28 (30)

10. Romelu Lukaku ("Mançester Yunayted") - 25 (44)

Digər xəbərlər