Ramil Şeydayev birdəfəlik satıla bilər

Ramil Şeydayev birdəfəlik satıla bilər
Futbol
19 Mart 2018 - 21:42
Supersport.Az-ın məlumatına görə, "Trabzonspor" "Qarabağ"da icarə əsasında çıxış edən millimizin üzvü Ramil Şeydayevi birdəfəlik sata bilər.

Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. 22 yaşlı forvardın çıxışını nəzarətdə saxlayan Trabzon təmsilçisinin rəhbərliyi istənilən səviyyəyə çatmayacağı təqdirdə mövsümün sonunda Şeydayevi satmağa hazırdır.

Qeyd edək ki, Ramil bu mövsümün əvvəlindən icarə əsasında "Qarabağ"da çıxış edir.

Digər xəbərlər