Millimizin futbolçusu komanda yoldaşını döydü, qovuldu

Millimizin futbolçusu komanda yoldaşını döydü, qovuldu
Futbol
19 Mart 2018 - 20:32
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov üzvü olduğu Almaniyanın "Ayntraxt" klubundan qovulub.

Supersport.Az-ın Almaniya mətbuatına istinadən məlumatına görə, buna səbəb futbolçunun intizamsızlığıdır. Renat, komanda yoldaşıyla dalaşaraq onun üzünə zərbə vurduğu üçün qovulub.

Frankfurt təmsilçisinin gənc futbolçular üzrə şöbəsinin rəhbəri Armin Kraaz yerli mətbuata açıqlamasında Renatın bundan sonra məşqlərə buraxılmayacağını deyib:

"Onu intizamsızlığına görə komandadan kənarlaşdırdıq. Renat məşqlərə buraxılmayacaq. Yeni baş məşqçi ona bir fürsət daha vermişdi. Lakin ona artıq heç bir şans verilməyəcək". 

Xatırladaq ki, Renat "Ayntraxt"ın gənclərdən ibarət komandasında çıxış edirdi. Almaniyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış etmiş gənc hücumçu, ötən il yığmamızı seçmişdi.

Digər xəbərlər