"Bu gün iki oğlumu unudub, 28 oğlumun arxasınca qaçıram" - Foto

"Bu gün iki oğlumu unudub, 28 oğlumun arxasınca qaçıram" - Foto
Futbol, Foto
19 Mart 2018 - 00:41
Azərbaycan Regional Liqasında keçirilən oyun zamanı bir neçə gün əvvəl dünyasını dəyişmiş  "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin xatirəsi yad edilib.

Supersport.Az-ın məlumatına görə, Qusarın “Şahdağ” klubu Böyükağa Hacıyevin Avropa Liqası zamanı işlətdiyi məşhur cümlənin qeyd olunduğu pankart açıb.

Pankartda bu sözlər yazılıb: "Bu gün iki oğlumu unudub, 28 oğlumun arxasınca qaçıram".

Qeyd edək ki, Böyükağa Hacıyevin vəfatı ilə əlaqədar Topaz Premyer Liqanın  növbəti turunun oyunları 1 dəqiqəlik sükutla başlanacaq.

Digər xəbərlər