Fatih Terim: "50 il burda qalib gəlməyək, çempion olaq"

Fatih Terim: "50 il burda qalib gəlməyək, çempion olaq"
Futbol
18 Mart 2018 - 03:04
Supersport.Az-ın məlumatına görə, "Fənərbağça"nı 19 ildir ki, səfərdə məğlub edə bilməyən "Qalatasaray"ın baş məşqçisi Fatih Terim fikirlərini bildirib.

"Oyun mən qane etdi. Məğlub etmək üçün çox çalışdıq. Turnir cədvəlinə baxdıqda 1 xal qazanmaq da yaxşıdır. "Fənərbağça" ilə səfərdə oynamaq asan deyil. Düşüncələrimizin böyük hissəsini meydana tətbiq etdik, top qapı xəttini keçmirsə, nəsə etmək mümkünsüzdür. Rəqiblə 22 oyundur səfərdə qələbəyə həsrətlə bağlı statistikaya fikir vermirəm. 50 il burda "Fənərbağça"nı məğlub etməyək, ancaq çempion adını qazanaq. "Qalatasaray"ın fəlsəfəsi budur ki, qalib gəlməyibsə, xal itirib. Lider qaldıq, 2 xal boşa getdi. Bunun təsəllisi var. Çünki çempionluq yolunda "Fənərbağça" rəqiblərdən biridir".

Mütəxəssis azarkeşlərə sonsuz təşəkkürünü çatdırıb:

"Oyundan bir gün əvvəl komandamızın məşqinə gələn azarkeşlərə sonsuz təşəkkür edirəm. Qarşılaşma vaxtı çox nəzakətli davrandılar, inanılmaz dəstək verdilər. 28 min azarkeş. Hər halda bizim bəzi oyunlarımızda tribunada bu sayda azarkeş yox idi. Bu komandamıza sevgi və inamı göstərir. Bizim üçün fərqi yoxdur ki, ev və ya səfərdə oynayırıq".

 

 

Digər xəbərlər